CƏMİYYƏT


Şamaxıda yeni peşə hazırlığı kursuna başlanılıb

Bakı, 12 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Dağlıq-Şirvan Regional Məşğulluq filialı, Göyçay Peşə Hazırlığı Mərkəzi və “Azgranata” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə yeni peşə hazırlığı kursuna start verilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, Şamaxı rayonundan ümumilikdə 63 işsiz vətəndaşın cəlb edildiyi kurs “bağban” peşəsi üzrədir. Bir ay müddətində müdavimlərə “Azgranata” MMC-nin Adnalı kəndində yerləşən müəssisəsində nəzəri və praktik biliklər tədris olunacaq.

Peşə kursunu müvəffəqiyyətlə bitirən şəxslər daha sonra həmin müəssisədə işlə təmin olunacaqlar. Kurs müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.