REGİONLAR


Şamaxının Göylər kəndində tibb məntəqəsi tikiləcək

Şamaxı, 13 fevral, AZƏRTAC 

Yaponiya hökumətinin maliyyə dəstəyi ilə həyata keçiriləcək “Şamaxı rayonunun Göylər kəndində tibb məntəqəsinin tikintisi” layihəsi üzrə qrant müqaviləsi imzalanıb.

AZƏRTAC xəbər verir ki, qrant müqaviləsi fevralın 13-də Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev və səfir Katori Teruyuki tərəfindən imzalanıb.

İmzalanma mərasimində çıxış edən səfir layihənin icrasının rayon mərkəzindən uzaqda məskunlaşan sakinlərə ilkin tibbi yardımın yaxşılaşdırılmasına kömək edəcəyinə ümidvar olduğunu deyib.

İcra hakimiyyətinin başçısı Asif Ağayev Yaponiya hökumətinin maliyyə dəstəyinə görə təşəkkürünü bildirib, sözügedən layihənin Şamaxı rayonunun tibb infrastrukturunun yaxşılaşmasına töhfə verəcəyini söyləyib.

Göylər kənd sahə xəstəxanasının baş həkimi Aynur Süleymanova mərasimdə çıxış edərək, rayon mərkəzindən uzaqda yerləşən yaşayış məntəqəsində belə bir layihənin həyata keçirilməsinə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib.

Məlumat verilib ki, layihənin ümumi dəyəri 90,118 ABŞ dolları təşkil edir. Bundan əvvəl Şamaxıda Yaponiya hökuməti tərəfindən internat məktəbi təmir olunub, “İnşaatçılar” qəsəbəsində məktəb binasının tikintisi, Məlikçobanlı və Quşçu kəndlərində su təchizatı sistemlərinin inşası həyata keçirilib.

Qeyd edək ki, layihə bələdiyyələr, tibb institutları və QHT-lərin təqdim etdiyi “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” çərçivəsində reallaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.