RƏSMİ XRONİKA


Şamaxının Muğanlı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində yeni ev inşa olunub YENİLƏNİB VİDEO

Şamaxı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Şamaxı rayonunun Muğanlı kənd sakini Zamiq Səfərova məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində inşa olunan evə baxıb.

Mehriban Əliyeva: Xoş gördük, sizi salamlamağa çox şadam. Bu balacalar sizin nəvələrinizdir? Nə gözəl qızlardır.

Zamiq Səfərovun xanımı: Xoş gəlmisiniz. Allah Sizə cansağlığı versin.

Mehriban Əliyeva: Fevralın 5-də zəlzələ oldu, 7-də Şamaxıya Prezident gəldi və vəziyyətlə tanış oldu. Dərhal göstərişlər verdi, maliyyə vəsaiti ayrıldı. Mən çox şadam ki, yararsız, yəni, qəzalı binaların demək olar, yarısı artıq yenidən tikilərək istifadəyə verilib.

Səfərovlar ailəsi ən çətin anlarda onların yanında olmalarına və zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması üçün göstərdikləri köməyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin