REGİONLAR


Şamaxının cənub ərazilərində taxıl biçini başa çatıb

Şamaxı, 25 iyun, AZƏRTAC

Şamaxıda taxıl biçini sürətlə davam edir və artıq rayonun cənub ərazilərində, o cümlədən Ovculu, Göy Bağırlı, Dağ Bağırlı, Hacıqədirli icra nümayəndəliklərində biçin başa çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə Şamaxıda 40 min 440,3 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 30 min 620,5 hektarı buğda, 9819,8 hektarı isə arpadır. Artıq 20 min 57 hektar sahənin məhsulu yığılıb. Hər hektardan orta məhsudarlıq 20,9 sentener olmaqla, 42 min 129,5 ton məhsul götürülüb.

Rayonda biçinin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib. Hər gün zəmilərə 36 kombayn çıxarılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.