CƏMİYYƏT


Şamaxıya istirahətə gələn şəxsdən külli miqdarda heroin və “patı” götürülüb

Bakı, 20 yanvar, AZƏRTAC

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı xarici ölkə vətəndaşından onlayn yolla narkotik vasitə alan şəxs tutularaq məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Ağdam rayonunda qeydiyyatda olan, lakin Bakıda yaşayan, əvvəllər də məhkum olunmuş Sərdar Əsgərov saxlanılıb. Axtarış zamanı ondan satış məqsədilə üzərində daşıdığı 700 qrama yaxın heroin və külli miqdarda psixotrop maddə - metamfetamin aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində heroin və metamfetamini sosial şəbəkədə tanış olduğu xarici ölkə vətəndaşından onlayn yolla aldığını, Şamaxıya isə gəzmək məqsədilə gəldiyini bildirib.

Faktla bağlı polis şöbəsində cinayət işi başlanıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.