İDMAN


Samboçularımız Avropa çempionatında iştirak edəcəklər

Bakı, 8 may, AZƏRTAC

Mayın 16-20-də İspaniyanın Xixon şəhərində kişilər və qadınlar arasında idman və sambo döyüşü üzrə Avropa çempionatı keçiriləcək.

Azərbaycan Sambo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, ölkəmizi qitə yarışında idman sambosu üzrə 5, döyüş sambosu üzrə 1 idmançı təmsil edəcək. Nəsimi Umbayev (52 kq), Eyvaz Baxşıyev (57 kq), Fərid Mikayılov (68 kq), Samir Kərimov (74 kq), Çingiz Ramazanov (100 kq) idman, Bəxtiyar Abbasov (82 kq) isə döyüş sambosu yarışlarında mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.