İDMAN


Samboçumuz dünya çempionatında gümüş medal qazanıb

Bakı, 10 noyabr, AZƏRTAC

Rumıniyanın paytaxtı Buxarestdə sambo üzrə dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, çempionatda 80-dən çox ölkədən samboçular iştirak edirlər.

Sambonun 80 illiyi ərəfəsində keçirilən çempionatın ilk günündə 68 kiloqram çəki dərəcəsində çıxış edən Emin Həsənov gümüş medal qazanıb.

Mundialda ölkəmizi 7 samboçu təmsil edir.

Çempionatda nümayəndə heyətimizin tərkibində Azərbaycan Sambo Federasiyasının prezidenti, Avropa Sambo Federasiyasının vitse-prezidenti Ceyhun Məmmədov, Azərbaycan Sambo Federasiyasının vitse-prezidenti Cavid Səbzəliyev və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirak edirlər.

Dünya çempionatı həm də ikinci Avropa Oyunlarina lisenziya xalları verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.