İDMAN


Sami Xedira “Yuventus” ilə yeni müqavilə imzalayıb

Bakı, 12 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

İtaliyanın “Yuventus” klubu almaniyalı futbolçu Sami Xedira ilə yeni müqavilə bağlayıb.

AZƏRTAC xəbər verir ki, 31 yaşlı futbolçu daha iki il “Yuventus” klubunun şərəfini qoruyacaq. Klub müqavilənin maliyyə tərəflərini açıqlamayıb.

Sami Xedira 2015-ci ildən Turin təmsilçisinin formasını geyinir. Bu illər ərzində futbolçu üç dəfə İtaliya A Seriyasını (2016-2018-ci), həmin illərdə İtaliya kubokunu və İtaliya Super kubokunun qazanıb. Ümumilikdə isə yarımmüdafiəçi “qoca sinyora”nın heyətində 113 oyunda meydana çıxıb, 20 dəfə fərqlənib və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.