MƏDƏNİYYƏT
Sami Yusif: Bakı Şopinq Festivalı Azərbaycanı tanıtmaq üçün gözəl imkandır
Bakı, 2 may, AZƏRTAC
Məşhur müğənni və bəstəkar Sami Yusif Bakı Şopinq Festivalını Azərbaycan iqtisadiyyatı üçün mühüm hadisə adlandırıb.
AZƏRTAC xəbər verir ki, müğənni festivalın rəsmi saytına müsahibəsində bildirib ki, Bakı Şopinq Festivalı gələcəkdə nəinki Azərbaycan, bütün regionda böyük əhəmiyyət kəsb edəcək.
“Bu festival Azərbaycanın gələcək iqtisadi inkişafına öz töhfəsini verməklə yanaşı, bu gözəl ölkəyə turistlərin gəlişi üçün böyük stimul yaradacaq. Əminəm ki, turistlər Azərbaycanı daha da sevəcəklər. Bu təşəbbüs kommersiya aspektindən əlavə, həm də Azərbaycanın özünəməxsus mədəniyyətini və tarixini nümayiş etdirmək üçün gözəl imkandır”, - deyə S.Yusif vurğulayıb.
Müğənni əlavə edib ki, xarici qonaqlar Azərbaycana səyahətdən zövq alacaq, növbəti illərdə yenidən bu ölkəyə gəlməyə can atacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]