SİYASƏT


Şamil Ayrım: Azərbaycanın haqq işində Türkiyə həmişə onun yanındadır

Şamil Ayrım: Azərbaycanın haqq işində Türkiyə həmişə onun yanındadır

Bakı, 4 fevral, AZƏRTAC

Ümid edirik ki, Qərbi Azərbaycan da daxil olmaqla, Azərbaycanın bütün tarixi torpaqları özünə qayıdacaq. Qardaş Azərbaycanın haqq işində Türkiyə həmişə onun yanındadır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım fevralın 4-də Qərbi Azərbaycan İcmasında keçirilən görüş çərçivəsində jurnalistlərə açıqlamasında söyləyib.

Şamil Ayrım bildirib ki, Azərbaycan Qarabağ müharibəsində Zəfər çalaraq regionda yeni reallıq yaradıb və onun nüfuzu getdikcə artır. Vurğulanıb ki, Azərbaycan ilə Ermənistan arasında sülh quruculuğunun yeganə yolu Zəngəzur dəhlizinin açılmasından keçir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.