CƏMİYYƏT


Şamil Ayrım: Azərbaycanın həmişə olduğu kimi, bu çətin günlərdə də yanımızda olması nikbinliyimizi artırır

Muğla, 31 iyul, AZƏRTAC

Tarixin ağır sınaqlarından mərdliklə çıxan türk xalqı meşə yanğınları ilə mübarizəni də uğurla başa çatdıracaq. Azərbaycanın həmişə olduğu kimi, bu çətin günlərdə də yanımızda olması nikbinliyimizi artırır. Əminəm ki, qəhrəman insanlarımız çiyin-çiyinə bu amansız yanğınların qarşısını inamla alaraq həyatı normal məcraya yönəldəcəklər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım ifadə edib.

Meşə yanğınlarının Azərbaycanda hər kəsdə böyük narahatlıq yaratdığını bildirən Türkiyə Böyük Millət Məclisinin deputatı deyib: “Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, bu ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsində iştirakı əsl qardaşlıq nümunəsidir. Azərbaycanlı qəhrəmanlar Muğlanın Marmaris bölgəsində alovlarla mübarizə aparırlar. Heç şübhəsiz ki, ötən il 44 günlük Vətən savaşında düşmənin başını əzib torpaqlarını işğaldan azad edən bu igidlər bu dəfə Marmarisdəki meşələrimizi yanğından qurtararaq yeni qəhrəmanlıq səhifəsi açacaqlar”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Muğla

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.