QAN YADDAŞI


Şamil Ayrım: Bugünkü gücümüzün ən başlıca səbəbi tarixi Zəfərə imza atan Azərbaycan dövlətidir VİDEO

İstanbul, 25 fevral, AZƏRTAC

Azərbaycan tarixin ən qanlı hadisələrindən olan Xocalı faciəsinin dünya ölkələri tərəfindən məhz soyqırımı kimi qəbul edilməsi və bu qətliama beynəlxalq səviyyədə lazımi hüquqi qiymətin verilməsi istiqamətində daha sıx fəaliyyətlərə başlayıb. Bundan on il əvvəl də biz "Xocalıya ədalət!" deyirdik. Bununla bağlı Türkiyədə də tədbirlər, yürüşlər kifayət qədər keçirilib. Lakin o vaxt əlimiz bugünkü qədər qüvvətli deyildi. Bu gün biz daha güclüyük. Bugünkü gücümüzün ən başlıca səbəbi isə 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atan Azərbaycan dövlətidir. Gücümüzün əsas səbəblərindən biri də hər sahə üzrə yüksək səviyyədə yetişdirilmiş gənclərimizdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım ifadə edib.

İkinci Qarabağ müharibəsində qazanılan şanlı Qələbənin istər xalq, istərsə də millət olaraq Azərbaycanı daha qüvvətli, yüksək ruhlu və özünə əmin etdiyini vurğulayan Ş.Ayrım deyib: "Mən əminliklə deyə bilərəm ki, Xocalı soyqırımının beynəlxalq arenada, dünya parlamentlərində qəbul edilməsi ilə bağlı aparılan işlər müsbət nəticə verəcək və 30 il keçməsinə baxmayaraq ədalət öz yerini tapacaq. Bu istiqamətdə fəaliyyət göstərən hər bir kəsə öz minnətdarlığımı bildirmək istəyirəm. Bir daha "Xocalıya ədalət!" deyərək bütün dünyaya səslənirəm".

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.