SİYASƏT


Şamil Ayrım: Qarabağ Zəfərindən sonra Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub VİDEO

Ankara, 12 iyun, AZƏRTAC

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Ankaraya səfəri çərçivəsində keçirilən görüşlər, müzakirələr zamanı toxunduğumuz məsələlər, təklif olunan layihələr əsasında apardığımız fikir mübadiləsi iki qardaş ölkənin maraq və mənafelərini tam şəkildə əks etdirir.

Bunu AZƏRTAC-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

Səfər çərçivəsində Azərbaycanın deputatlardan ibarət nümayəndə heyəti ilə keçirdiyi görüşləri yüksək dəyərləndirən Şamil Ayrım bildirib ki, Qarabağ Zəfərindən sonra Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. “Azərbaycanlı həmkarlarımızla şanlı Vətən müharibəsindən sonrakı vəziyyəti geniş şəkildə təhlil etdik, bəzi layihələr ətrafında fikir mübadiləsi apardıq. Əminəm ki, müzakirə etdiyimiz bütün məsələlərdə faydalı nəticələr əldə olunacaq”, - deyə o bildirib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.