SİYASƏT


Şamil Ayrım: Türkiyədə yaşıllaşdırma kampaniyasının Heydər Əliyev Bağından başlanması qardaşlığımızın göstəricisidir

Ankara, 6 noyabr, AZƏRTAC

Prezident Rəcəb Tayyib Ərdoğanın Ankaranın Batıkent rayonunun Uğur Mumcu məhəlləsində yerləşən Heydər Əliyev Bağında ağac əkməsi əhəmiyyətli hadisədir. Türkiyədə yaşıllaşdırma kampaniyasının Heydər Əliyev Bağından start götürməsi Azərbaycan-Türkiyə qardaşlığının göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Heydər Əliyev Bağında təşkil olunan ağacəkmə aksiyasında iştirak edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım söyləyib.

Heydər Əliyev şəxsiyyətinin ucalığını qeyd edən Şamil Ayrım Türkiyədə “Fidanlar fidanlarla böyüyür” şüarı altında start götürən yeni yaşıllaşdırma layihəsinin rəsmi açılış mərasiminin Ankaradakı Heydər Əliyev Bağında təşkilində əməyi olanlara təşəkkürünü bildirib. O, əminliklə deyib ki, Ulu Öndərin əziz xatirəsi Azərbaycanda olduğu kimi, Türkiyədə də hər zaman böyük sevgi ilə yad ediləcək.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.