İDMAN


Samir Əliyev: Qol epizodlarını dəyərləndirə bilsəydik, hesab fərqli olardı

Konya, 12 avqust, Səxavət Quliyev, AZƏRTAC

Turnirə gələndə heyətlə bağlı bir sıra çətinliklərlə üzləşdik. Türkiyəyə istədiyimiz heyəti gətirə bilmədik.

Bu sözləri V İslam Həmrəyliyi Oyunlarının qrup mərhələsində bu gün son oyununu keçirmiş futbol üzrə Azərbaycan U-23 milli komandasının baş məşqçisi Samir Əliyev bildirib.

O qeyd edib ki, rəqiblərlə müqayisədə çox gənc heyətlə mübarizə aparıblar. Son çempion kimi əsas məqsəd layiqli mübarizə aparmaq olub. “Hava şəraitinin isti olması, rəqiblə müqayisədə fiziki durumumuzun istənilən səviyyədə olmaması oyunumuza təsir göstərdi. Birinci hissədə əzmkarlıq nümayiş etdirdik və fasiləyə hesabda üstün yollandıq. Rəqibin oyununu təhlil etmişdik. Bilirdik ki, matçın gedişində müəyyən boşluqlar buraxacaqlar. Ehtimalımız özünü doğrultdu. Təəssüf ki, imkanlardan tam istifadə edə bilmədik. Epizodları dəyərləndirə bilsəydik, hesab fərqli olardı”,- deyə baş məşqçi vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.