Samir Poladov: İndiyədək qeydə alınan mina partlayışlarının təxminən 70 faizi əvvəlki təmas xəttindən arxada baş verib
AzerTAg.az

Bakı, 26 may, AZƏRTAC
İndiyədək qeydə alınan mina partlayışlarının təxminən 70 faizi əvvəlki təmas xəttindən arxada baş verib.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən “Minalarla mübarizə - dayanıqlı inkişaf məqsədlərinə gedən yol” mövzusunda beynəlxalq konfransda çıxışında ANAMA İdarə Heyətinin sədrinin müavini Samir Poladov panel çıxışında bildirib.
Onun sözlərinə görə, tikinti-quruculuq işləri üçün ilk növbədə bu ərazilər minalardan təmizlənməlidir: “Bu ərazilərdə kasetli sursatlar, piyada və tank əleyhinə minalar, partlamamış sursatlar aşkar olunur. Ən çox rast gəlinən minalar plastik minalardır. Bu, Ermənistanda istehsal olunan minalardır”.
O bildirib ki, Azərbaycana verilən xəritələrin yalnız 25 faizinə inanmaq olar: “Statistika göstərir ki, indiyə qədər mina partlayışlarının 70 faizi əvvəlki təmas xəttində arxada baş verib. ANAMA-nın hədəfi təmizlənən ərazilərin sahəsini illik 50 min hektara çatdırmaqdır”.
Xəbərin mətnində orfoqrafik səhv var