İQTİSADİYYAT


Samir Şərifov: 2021-ci ilin dövlət büdcəsinin icrası büdcə qanunvericiliyinə uyğun həyata keçirilib

Bakı, 17 iyun, AZƏRTAC

2021-ci ildə ölkə iqtisadiyyatının mənfi məcradan müsbət templə inkişafa qayıdışı təmin olunub. 2021-ci ilin dövlət büdcəsinin icrası büdcə qanunvericiliyinə uyğun həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov parlamentin iyunun 17-də keçirilən iclasında 2021-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, 2021-ci ildə Azərbaycanda iqtisadi artım bərpa edilib, gəlirlər artıb. Həm neft, həm də qeyri-neft gəlirləri əhəmiyyətli dərəcədə artıb. Xarici dövlət borcu azalıb. Büdcə xərclərinin sosialyönümlülüyü qorunub. Səhiyyə xərcləri nəzərdə tutulandan daha artıq icra olunub ki, bu da pandemiya ilə bağlıdır. İşğaldan azad olunmuş ərazilərin bərpası ilə əlaqədar ilk olaraq ötən il büdcədən vəsait ayrılmasına və icrasına başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.