İQTİSADİYYAT


Samir Şərifov: Beynəlxalq maliyyə institutları regiondakı vəziyyəti qiymətləndirərək təhlil aparmalıdırlar

Samir Şərifov: Beynəlxalq maliyyə institutları regiondakı vəziyyəti qiymətləndirərək təhlil aparmalıdırlar

Bakı, 23 iyun, AZƏRTAC

Beynəlxalq maliyyə institutları regiondakı vəziyyəti qiymətləndirərək təhlil aparmalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 23-də Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 24-cü illik toplantısında maliyyə naziri, bankın Azərbaycan üzrə rəhbəri Samir Şərifov deyib.

Nazir bildirib ki, regionda baş verən gərginlik dünyanın qida təhlükəsizliyini təhdid edir, Qara dənizdə logistika sahəsində problemlər yaradır. Beynəlxalq maliyyə institutları yaranan vəziyyəti qiymətləndirərək analiz aparmalıdırlar.

“Azərbaycan regionun iqtisadi inkişafı istiqamətində işlər görür və bu yöndə atdığı addımlara sadiqdir. Eyni zamanda, bankın fəaliyyət göstərdiyi coğrafi ərazinin daha da genişləndirilməsi üçün qarşıya qoyduğu hədəfləri tam dəstəkləyirik”, - deyə Samir Şərifov diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.