İQTİSADİYYAT


Samir Şərifov: "Azadlığa Dəstək Aktı"na edilmiş düzəlişin tamamilə ləğvinin Azərbaycan-ABŞ əlaqələrinin daha da möhləmləndirilməsinə töhfə verəcəyinə inanırıq

Bakı, 17 may, AZƏRTAC

Təəssüf hissi ilə bildirmək istərdim ki, Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığına kölgə salan bir sıra məsələlər də mövcuddur. Bu baxımdan, ilk növbədə, 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş və ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirən birbaşa dövlət yardımlarının göstərilməsini qadağan edən "Azadlığa Dəstək Aktı"na edilmiş 907-ci düzəlişin tamamilə ləğvinin əlaqələrimizin daha da möhləmləndirilməsinə töhfə verəcəyinə inanırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 17-də Bakıda keçirilən Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının IV iclasında Maliyyə naziri Samir Şərifov deyib.

"Ümidvarıq ki, ABŞ hökuməti bu istiqamətdə, yəni həmin düzəlişin aradan qaldırılması istiqamətində müvafiq addımların atılmasını təmin edəcək", - deyə nazir vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.