İQTİSADİYYAT


Samir Vəliyev: TAP üzrə işlər qrafikə uyğun davam edir və nəzərdə tutulan vaxtda başa çatacaq

Bakı, 19 iyul, AZƏRTAC

“Trans-Adriatik” (TAP) boru kəməri layihəsi üzrə işlər qrafikə uyğun davam edir və nəzərdə tutulan vaxtda başa çatacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyev deyib.

O bildirib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və Azərbaycan iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinə böyük önəm verir. İtaliya şirkətlərinin Azərbaycanda neft, qaz, energetika sahələrində fəaliyyət göstərdiyini və investisiya yatırdığını qeyd edən nazir müavini bu istiqamətdə Azərbaycan qazının Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizinin əhəmiyyətini xüsusilə vurğulayıb. Dəhlizin əsas hissəsi olan TAP layihəsi üzrə işlərin qrafikə uyğun davam etdiyini və nəzərdə tutulan vaxtda başa çatacağını və bununla da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində vacib rol oynayacağına inamını ifadə edib.

İtaliyanın bərpaolunan enerji sahəsi üzrə təcrübəsinin olduğunu bildirən S.Vəliyev bu sahədə də əməkdaşlıq imkanlarının olduğunu deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.