İDMAN
Samit Nuruzadə: Bugünkü oyunda öz yetirmələrimin əzmli qələbəsi ilə fəxr edirəm
Bakı, 27 iyul, AZƏRTAC
Bugünkü oyunda öz yetirmələrimin əzmli qələbəsi ilə fəxr edirəm. Bunu AZƏRTAC-a müsahibəsində yeniyetmələr arasında basketbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Samit Nuruzadə söyləyib.
Yığmamızın məşqçisi əlavə edib: “Dünən biz Yunanıstan komandası ilə matçda xoşagəlməz məğlubiyyətə uğradıq. Dünənki oyunu təhlil etdik və bu gün Xorvatiya yığmasına qalib gələ bildik (64:51). Komandamızla, məşqçi heyəti ilə, bizi dəstəkləyən könüllülərlə, xüsusən hətta hesab 44:31 Xorvatiya komandasının xeyrinə olduqda bizə dəstək verməyə davam edən azarkeşlərlə fəxr edirəm. Bugünkü maraqlı oyuna Gənclər və İdman Nazirliyinin nümayəndələri də baxırdı. Çox ümidvaram ki, Türkiyə komandası bugünkü matçda İspaniya yığmasına qalib gələ biləcək və “EYOF Bakı 2019”un basketbol üzrə yeniyetmələr arasında turnirinin qalibi olacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]
Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- 23.04.2024 [13:00]
Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır
- 23.04.2024 [12:12]
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub
- 23.04.2024 [11:53]
“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik
- 23.04.2024 [11:20]