ELM VƏ TƏHSİL


Samr Şah: Gələn il “British Council” təşkilatının Azərbaycanda fəaliyyətə başlamasının 25 illiyi qeyd olunacaq

Bakı, 11 dekabr, Pərvanə Rəhimova, AZƏRTAC

“British Council” Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq biznes ictimaiyyəti ilə əməkdaşlıq çərçivəsində fəaliyyətini genişləndirir. Azərbaycanda fəaliyyətimizin əsas hədəfi ingilis dili bacarıqlarının inkişaf etdirilməsi, beynəlxalq miqyasda tanınan imtahanların təmin olunması, incəsənət sahəsində Birləşmiş Krallıq ilə Azərbaycan arasında əməkdaşlığa töhfə verilməsi, eləcə də ali təhsil müəssisələri və vətəndaş cəmiyyətinin potensialının artırılmasıdır.

“British Council” Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır. Biz 6 qitədə və 100-dən çox ölkədə fəaliyyət göstəririk. Bu gün Bakıda Birləşmiş Krallığın ali təhsil müəssisələrindən məzun olmuş şəxslərin seçdikləri sahələrdə gördükləri işlərə görə mükafatlar təqdim olunur.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Samr Şah deyib.

Samr Şah məlumat verib ki, peşəkar nailiyyət mükafatı fəaliyyət göstərdikləri peşə sahəsində nümunəvi liderlik və qazandığı uğurlarla müsbət təsir yaratmış şəxslərə şamil olunur. Bu mükafata Tural Məhərrəmov layiq görülüb. Sahibkarlıq mükafatı innovativ və yaradıcı ideyalara sahib olan, eləcə də güclü inkişaf potensialı yaradacaq biznes imkanlarını irəli sürmək və ya onları dəstəkləmək baxımından fəal olan Birləşmiş Krallıq məzunlarına verilir. Bu mükafata Ayan Əliyeva layiq görülüb. Sosial təsir mükafatı cəmiyyətə müstəsna və müsbət töhfələr vermiş, eləcə də digər insanların həyat səviyyəsini yaxşılaşdırmaq üçün xidmət göstərmiş məzunlara verilir. Bu mükafat isə Turxan Əlizadəyə təqdim edilib.

“Bu mükafatlar son beş ildə Britaniyada təhsil almış azərbaycanlıların nailiyyətlərini əks etdirir. “British Council” qarşısına Azərbaycanda çoxlu sayda insanlara ingilis dilini öyrənməkdə kömək göstərmək məqsədini qoyub. 2019-cu ildə “British Council” təşkilatının Azərbaycanda fəaliyyətə başlamasının 25 illiyi qeyd olunacaq. Bizim təhsil sahəsində reallaşdırmaq istədiyimiz bir çox layihələr var. Bunların arasında ingilis dilinin daha çox tədris olunması və hər il yaz aylarında olduğu kimi, növbəti “Britaniya Bahar Film Festivalı”nı keçirməyi planlaşdırırıq”, - deyə Samr Şah əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.