DÜNYA


Samsun sahillərində gəmi qəzası nəticəsində 4 ukraynalı həlak olub

Bakı, 7 yanvar, AZƏRTAC

Qara dənizin Samsun sahillərində ticarət gəmisinin qəzaya uğraması nəticəsində 4 ukraynalı həlak olub.

AZƏRTAC xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Andrey Sibiqa bildirib. Onun sözlərinə görə, batan gəminin 13 ekipaj üzvündən 11-i Ukrayna vətəndaşı olub. “Sahil mühafizəsi tərəfindən lazımi operativ tədbirlər görülməsinə baxmayaraq, təəssüf ki, bizim 4 həmyerlimizi xilas etmək mümkün olmayıb”, - səfir özünün Twitter səhifəsində belə yazıb.

Bundan əvvəl isə Samsunun hakimiyyət orqanları gəmi heyətinin doqquz Ukrayna vətəndaşından, iki Azərbaycan vətəndaşından və iki rusdan ibarət olduğunu bildirmişdi. Anadolu agentliyinin məlumatına görə, gəmi ortadan bölünərək batıb, nəticədə 6 nəfər ölüb, 7 nəfər isə xilas edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.