MƏDƏNİYYƏT


Samsundan başlanan yol

Bakı, 23 may (AZƏRTAC). Mayın 23-də Türkiyənin Azərbaycandakı səfirliyində “Samsundan başlanan yol” kitabının təqdimat mərasimi keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, tanınmış pedaqoqların, ziyalı və KİV təmsilçilərinin iştirak etdikləri tədbirdə yazıçı Akif Abbasovun yenicə nəşr olunmuş “Samsundan başlanan yol” kitabı haqqında ətraflı məlumat verilmişdir.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç müasir Türkiyə dövlətinin yaranmasında və inkişafında böyük öndər Mustafa Kamal Atatürkün tarixi xidmətlərindən, onun siyasi irsinin əhəmiyyətindən bəhs etmiş, gənclərə tövsiyələrini xatırlatmışdır.

Atatürkün 1921-ci ildə dediyi “Azəri türklərinin dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir” kəlamını xatırladan diplomat vurğulamışdır ki, bu fikirlər Türkiyənin Azərbaycana yaxınlaşması, onun kədərinə, sevincinə şərik olmaqla bərabər, həm də ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq və qardaşlıq əlaqələrinin inkişafı, möhkəmləndirilməsi üçün bir çağırış idi.

Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölməsinin sədri Ənvər Əhməd və digərləri türk dünyasının fəxri olan Atatürkə həsr edilmiş bu kitabın nəşrinə görə müəllifə təşəkkürlərini bildirmişlər.

Qeyd edək ki, kitaba müəllifin ayrı-ayrı illərdə yazdığı “Samsundan başlanan yol” romanı və “Atatürk” pyesi daxil edilmişdir.

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.