DÜNYA


“Samsung” ABŞ-da zavodun tikintisinə 10 milyard dollar ayıra bilər

Bakı, 25 yanvar, AZƏRTAC

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti ABŞ-da məntiqi mikrosxemlərin istehsalı üzrə müasir zavodun inşasına 10 milyard dollardan çox vəsaitin ayrılması imkanını nəzərdən keçirir. Şirkət böyük məbləğdə sərmayənin köməyi ilə daha çox ABŞ müştərisi cəlb etmək və sahə üzrə lider – “TSMC” istehsalçısına çatmaq niyyətindədir.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, dünyanın ən böyük yaddaş mikrosxemləri və smartfon istehsalçısı Texas ştatının Ostin şəhərində mümkün zavodun tikintisi ilə bağlı məsələni öyrənir. Müəssisədə 3 nanometrlik normaların mənimsənilməsi planlaşdırılır.

Bildirilir ki, bu, gələcəkdə dəyişikliklərə məruz qalacaq ilkin plandır. Hazırda tikinti işlərinə bu il başlamaq, növbəti ildə əsas avadanlığı quraşdırmaq, 2023-cü ildə isə məhsul buraxılışına start vermək nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.