DÜNYA


“Samsung Galaxy Note 8” multimedia kontenti üçün ən yaxşı mobil qurğu olacaq

Bakı, 29 iyul, AZƏRTAC

"Samsung Electronics" şirkəti sərmayədarlarla rüblük maliyyə nəticələrinə həsr edilən konfransda "Galaxy Note 7" modelini əvəz edəcək smartfonun buraxılışı ilə bağlı fikirlərini bölüşüb.

AZƏRTAC "Ferra" resursuna istinadən xəbər verir ki, Cənubi Koreya istehsalçısının marketinq direktorunun sözlərinə görə, "Samsung Galaxy Note 8" multimedia kontentindən istifadə üçün ən yaxşı mobil qurğu olacaq. O qeyd edib ki, "Samsung Galaxy Note 8" smartfonu əvvəlki modellərlə müqayisədə daha təkmil və zəngin multimedia imkanları ilə təchiz ediləcək.

Bildirilir ki, "Galaxy Note 8" Cənubi Koreya istehsalçısının ilk qoşa kameralı smartfonu ola bilər. Qurğunun kamerası 12 meqapikselli enlibucaqlı modula və 13 meqapikselli telefoto moduluna malik olmaqla birlikdə üçqat optik zummeri təmin edəcək. Qeyd edək ki, "iPhone 7 Plus" modeli də analoji konstruksiyaya malikdir. Bundan əlavə, akkumulyator tutumu 3300 milliamper/saata bərabər olacaq smartfon "Android 7.1.1 Nougat" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.

Şirkət rəsmən təsdiq edib ki, smartfon avqustun 23-də Nyu-Yorkda keçiriləcək tədbirdə təqdim ediləcək. Satışlara bir ay sonra başlamaq planlaşdırılır.

"Galaxy Note 8" modeli "Samsung" şirkətinin ən bahalı smartfonu olacaq. Belə ki, qurğunun qiyməti Cənubi Koreyada təxminən 1000 dollar, Avropa, Cənubi və Şimali Amerikada 1100 dollar təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.