DÜNYA


“Samsung Galaxy Note 8” smartfonunun yeni fotoşəkilləri yayılıb

Bakı, 8 iyun, AZƏRTAC

İnsayderlər “Samsung Galaxy Note 8” smartfonunun çertyojlarını təqdim ediblər. Yeni qurğunun “iPhone 8” modelinə rəqib olacağı gözlənilir.

AZƏRTAC “Life” resursuna istinadən xəbər verir ki, smartfonda barmaq izi skanerinin korpusun digər hissələrinin çertyojlarında qeyd edilməməsinə görə onun ekranda yerləşdiriləcəyi ehtimal olunur. Bundan başqa, qurğuda ikitərəfli kamera quraşdırılacaq. “Samsung” şirkətinin bununla bağlı qərarı əksər istehsalçıların qeyd edilən texnologiyadan istifadə etmələrinə görə təəccüb doğurmur.

Həmçinin “Galaxy Note 8” smartfonunda “Infinity” displeyi quraşdırılacaq. Ekranın bucaq radiusunun kiçik olmasına görə onun ölçüsü daha da böyük olacaq.

Sentyabrda nümayiş olunacaq 8 nüvəli prosessora malik “Samsung Galaxy Note 8” smartfonu 4 giqabaytlıq operativ, 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.