DÜNYA


“Samsung” şirkəti 2019-cu ildə 6 kameralı smartfonunu təqdim edəcək

Bakı, 21 noyabr, AZƏRTAC

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti gələn il “Galaxy S10” smartfonunu 4 variantda (o cümlədən 6 kamera və böyüdülmüş ekrana malik) təqdim etmək niyyətindədir. Bu haqda ABŞ-ın “The Wall Street Journal” qəzeti məlumat verib.

AZƏRTAC “tass.ru” saytına istinadən bildirir ki, qəzetin mənbələrinin sözlərinə görə, şirkət “Samsung Galaxy” smartfonlarının bazara çıxarılmasının 10 illiyi münasibətilə istehlakçıları təəccübləndirməyi planlaşdırır. Yazıda deyilir ki, “Galaxy S10” smartfonunun fevralda təqdim ediləcək 3 variantında ekranın diaqonalı 5,8-6,4 düym aralığında olacaq. “Beyond X” adına malik olan 4-cü variant isə 6,7 düymlük diaqonala malik displeylə təchiz ediləcək.

Qəzetin məlumatına görə, “Beyond X” aparatı 6 kameraya malik olacaq: onlardan 2-si ön, 4-ü isə arxa paneldə quraşdırılacaq. Təxmin edilir ki, bu, daha yüksək keyfiyyətli şəkillər çəkməyə imkan verəcək.

Bundan başqa, belə tip smartfon məlumatları daha böyük sürətlə ötürməyə imkan verəcək “5G” beşinci nəsil mobil şəbəkəsinə girişi dəstəkləyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.