DÜNYA
“Samsung”un Çindəki zavodu bu il 14,3 milyard dollarlıqdan çox çip buraxacaq
Bakı, 8 dekabr, AZƏRTAC
Koronavirus məhdudiyyətlərinə baxmayaraq, “Samsung” korporasiyasının Çinin Şensi əyalətində yerləşən zavodunda çip istehsalının həcmi ilin sonunadək 100 milyard yuanı (14,3 milyard dollar) ötəcək.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, “Samsung China Semiconductor Co” kompaniyasının vitse-prezidenti Yunqyun Seo son üç il ərzində müəssisədə istehsalın heç vaxt dayanmadığını bildirib. Onun sözlərinə görə, istehsalın təmin edilməsi üzrə logistika və xammal təchizatı ilə bağlı problemlər yerli hakimiyyət orqanlarının köməyi sayəsində aradan qaldırılıb.
2014-cü ilin mayında işə salınan zavoda ilk mərhələdə 13,7 milyard dollar sərmayə qoyulub. Ötən ilin oktyabr ayında müəssisə tam gücü ilə fəaliyyətə başlayıb. Kompaniya zavodun genişləndirilməsinə əlavə olaraq 13,3 milyard dollar investisiya yatırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]