İQTİSADİYYAT


“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin işçi qrupunun iclası keçirilib

Bakı, 19 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin icrasına dair komissiya üzvlərinin iclası və “Milli tədqiqatların praktiki tətbiqi” mövzusunda seminar təşkil edib.

AZƏRTAC instituta istinadla xəbər verir ki, layihə çərçivəsində milli tədqiqatların tətbiqi məsələsinin vacib yer tutduğu vurğulanıb.

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, professor Vilayət Vəliyev, eləcə də layihənin icra edildiyi Xızı, Siyəzən, Şabran, Quba rayon icra hakimiyyətlərinin və digər qurumların nümayəndələri layihə üzrə görülmüş tədbirlər barədə məlumat veriblər.

Mövzu ilə bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb.

“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin çərçivəsində tətbiqi nəzərdə tutulan yerli elmi layihələrdən biri də Milli Aviasiya Akademiyasının təklif etdiyi ozonlaşdırma texnologiyasının kənd təsərrüfatı məhsulları istehsalında tətbiqi məsələsidir. Bununla əlaqədar tədbirdə Milli Aviasiya Akademiyasının Konstruktor bürosunun rəisi Telman Nizamovun layihə çərçivəsində ozon texnologiyasının tətbiqi imkanlarına dair təqdimatı dinlənilib.

Tədbirdə sənaye sektorunda innovativ təkliflərin tətbiqinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış İnnovasiyaların Təşviqi Qrupu və komissiyanın üzvləri, özəl sektor təmsilçiləri iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.