İQTİSADİYYAT


Samur çayı üzərindən avtomobil körpüsü 2019-cu ildə istifadəyə veriləcək

Moskva, 6 oktyabr, AZƏRTAC

Rusiya-Azərbaycan sərhədinin Dağıstan hissəsində Samur çayı üzərindən avtomobil körpüsü, qrafikə uyğun olaraq 2019-cu ildə istifadəyə veriləcək. Rusiya Federasiyasının nəqliyyat naziri Yevgeni Ditrix bu sözləri Dağıstana işçi səfəri zamanı jurnalistlərlə söhbətində deyib.

AZƏRTAC xəbər verir ki, nazirin sözlərinə görə, avtomobil körpüsünün tikintisi qrafik üzrə aparılır. Nazir deyib: “Qrafik üzrə körpünün 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur. Əminəm ki, bu müddətlərə riayət ediləcək. Ola bilsin, bu müddətlər hətta bir qədər azaltmaq mümkün olacaq”.

Qeyd edək ki, Azərbaycan və Rusiya arasında Samur çayı üzərindən avtomobil körpüsü tikintisi haqqında protokol 2017-ci ildə imzalanıb. Həmin protokolu Azərbaycan tərəfindən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Rusiya tərəfindən — keçmiş nəqliyyat naziri Maksim Sokolov imzalayıb.

Protokol imzalanandan sonra Azərbaycan ərazisindəki “Samur” gömrük-buraxılış məntəqəsində və Dağıstanın Məhərrəmkənd rayonu ərazisindəki “Yaraq-Qazmalar” buraxılış məntəqəsində körpünün təməlqoyma mərasimi keçirilib.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.