İQTİSADİYYAT


“Samur” gömrük postunda yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin müntəzəmliyi bərpa olunub

Bakı, 6 noyabr, AZƏRTAC

Son günlər Azərbaycanın Rusiya ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, yaranmış sıxlığın aradan qaldırılması məqsədilə Dövlət Gömrük Komitəsinin rəhbərliyi Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbərliyi ilə danışıqlar aparıb. Danışıqların nəticəsi olaraq Federal Gömrük Xidmətinin həyata keçirdiyi tədbirlər çərçivəsində yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin müntəzəmliyi bərpa olunub. İlk növbədə kənd təsərrüfatı və tez xarab olan məhsulları daşıyan nəqliyyat vasitələrinin keçidi təmin edilir.

Xatırladaq ki, problemin yaranmasına səbəb Rusiya Federasiyası tərəfində yerləşən gömrük-keçid məntəqəsində inşaat işlərinin aparılması, mövsümlə əlaqədar yükdaşımaların həcminin artması, hava şəraiti ilə əlaqədar Gürcüstanla Rusiya arasındakı gömrük-keçid məntəqəsindən yük nəqliyyat vasitələrinin buraxılmaması və bu marşrutdan istifadə edən nəqliyyat vasitələrinin alternativ yol kimi Azərbaycan ərazisindən istifadə etməsi idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.