CƏMİYYƏT


Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının XVI iclası keçirilib

Bakı, 14 iyun, AZƏRTAC

Bakıda “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” 2010-cu il sentyabrın 3-də imzalanan Sazişə əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının XVI iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin, Azərbaycan Respublikası Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

Görüş zamanı Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi, ekoloji axınların təmin olunması, məlumat mübadiləsi və digər məsələlər müzakirə edilib, növbəti görüşə kimi görüləcək tədbirlər müəyyənləşdirilib.

İclasın yekunu üzrə ikitərəfli protokol imzalanıb.

Qeyd edək ki, sazişə əsasən komissiyanın iclası ildə iki dəfə, hər dəfə bir ölkənin ərazisində keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.