REGİONLAR


Samux: birinci rübdə diri çəkidə ət istehsalı 18 ton artıb

Samux, 20 may, Elcan Məmmədov, AZƏRTAC

Cari ilin birinci rübündə Samux rayonunun təsərrüfatlarında 23401 baş iribuynuzlu mal-qara, 133715 baş qoyun və keçi saxlanılıb.

Rayonun Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, iribuynuzlu mal-qaranın 1332 başı kənd təsərrüfatı müəssisələrində, 22069 başı isə əhali təsərrüfatlarında, qoyun və keçilərin 16518 başı kənd təsərrüfatı müəssisələrində, 117197 başı isə əhali təsərrüfatlarındadır.

Birinci rübdə diri çəkidə ət istehsalı əvvəlki ilə nisbətən 18 ton artaraq 1534 ton, süd istehsalı 383 ton artaraq 8547 ton, yumurta istehsalı 12 min ədəd artaraq 2768 min ədəd olub.

Kənd təsərrüfatı məhsullarının istehsal həcmi 16952,7 min manat təşkil edib, bunun da 14643,8 min manatı heyvandarlıq məhsullarıdır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.