İQTİSADİYYAT
Samux elektrik şəbəkəsi üzrə reydlər davam etdirilib
Bakı, 20 oktyabr, AZƏRTAC
“Samux” Elektrik Şəbəkəsi Müəssisəsində istehlakçıların elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində reydlər davam etdirilir. Bu ilin 10 ayında aşkar olunmuş qayda pozuntuları aktlaşdırılıb və itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa olunub.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, son üç ayda müəssisənin balansına aid olan 10, 6 və 0,4 kilovoltluq xətlərdə, transformator məntəqələrində təmir işləri aparılıb və müxtəlif gücdə bir neçə transformator yenidən istifadəyə verilib.
Ötən 10 ayda müəssisə üzrə ümumi istehlak 97,4 milyon kilovat-saata, o cümlədən oktyabr ayında 8,6 milyon kilovat-saata yaxın olub. Nəticədə 2013-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə ümumi istehlak 7,3 milyon kilovat-saata yaxın və 524 min kilovat-saata yaxın artıb.