REGİONLAR


Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub

Samux, 22 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

İqtisadiyyatının əsasını müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən Samux rayonunda bu il 709,7 hektar sahədə tərəvəz yetişdirilib. Bunun 677,2 hektarı əhali təsərrüfatlarında, 32,5 hektarı isə kənd təsərrüfatı müəssisələrində becərilib.

Samux Rayon Statistika İdarəsinin rəisi Gündüz Bayramov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, təsərrüfatlardan indiyədək 11 min 447 ton məhsul yığılıb. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 min ton və ya 21 faiz çoxdur.

Bu il tarlalardan 5 min 269 ton pomidor, 1836 ton xiyar, 1389 ton badımcan, 609 ton baş sarımsaq, 481 ton bibər, 461 ton baş soğan, 167 ton kələm, 161 ton yaşıl lobya, 83 ton süfrə çuğunduru, 81 ton yerkökü, 910 ton digər tərəvəz növləri yığılıb.

Rayonda istehsal olunan tərəvəz əhalinin ərzaq tələbatını ödəməklə yanaşı, bazarlara çıxarılır, eyni zamanda, bir sıra ölkələrə ixrac edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.