CƏMİYYƏT
Samux rayonunda 54 yaşlı kişini qətlə yetirən şəxslər saxlanılıb
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 11-də Samux rayonunun Sərkar kəndi ərazisindən kənd sakini, əvvəllər məhkum olunmuş 54 yaşlı Aytəkin Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və noyabrın 12-də orada ölməsi ilə bağlı daxil olmuş məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qətli törətməkdə şübhəli bilinənlər - Saatlı rayon sakini E.Mehdiyev və Sərkar kənd sakini T.Yusifov Baş Cinayət Axtarışı İdarəsi və Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil veriliblər.