CƏMİYYƏT


Samux rayonunda diametri 13 millimetr olan dolu düşüb

Bakı, 27 may, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mayın 26-sı gündüzdən 27-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb. Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli olub, ayrı-ayrı yerlərdə dolu düşüb, güclü qərb küləyi əsib.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, Böyük Qafqazda - Sarıbaşda (Qax) 19, İsmayıllıda 11, Qubada 8, Kişçayda (Şəki) 7, Zaqatalada 5, Xınalıqda 4, Balakən, Qəbələ, Şəkidə 2, Şahdağ, Şamaxı, Mərəzə, Xaçmaz, Qusar, Xaltanda 1 millimetrədək, Qazax-Gəncə zonasında - Naftalanda 14, Ağdamda 5, Şəmkirdə 3 millimetr, Mərkəzi Aran rayonlarında - Göyçayda 8, Bərdə, Cəfərxanda (Saatlı) 4, Mingəçevir, Yevlaxda 3, Kürdəmirdə 2, Tərtər, Zərdab, Sabirabad, Salyan, Hacıqabulda 1 millimetrədək, Kiçik Qafqazda - Toğana Çaykənd Hidrometeoroloji Müşahidə Mərkəzində 24, Gədəbəydə 16, Daşkəsəndə 2, Göygöldə 0.1 millimetr, Lənkəran-Astara zonasında - Lerikdə 5, Biləsuvar, Neftçala, Yardımlı, Lənkəranda 0.4-1 millimetr, Naxçıvan Muxtar Respublikasında - Ağdərədə (Ordubad) 4, Şahbuzda 2, Naxçıvanda 1, Şərurda 0.5 millimetr, Bakıda və Abşeron yarımadasında - Sumqayıt, Bakıda 3, Maştağa, Binə, Zabrat, Pirallahıda 1 millimetrədək yağıntı düşüb.

Mayın 26-da saat 13:05-13:09 radələrində Naftalanda diametri 11, saat 22:17-22:34 radələrində Şəki rayonunun Kiş kəndində 10-12, Samux rayonunda saat 19:55-19:58 radələrində 13, Qazax rayon Dağ Kəsəməndə saat 19:07-19:12 radələrində 11, Gədəbəydə saat 15:58-16:07 radələrində diametri 11-13, Ağstafa rayonun bəzi kəndlərinə saat 18:10-18:14 radələrində diametri 10 millimetr olan dolu düşüb.

Qərb küləyi əsib, Tərtər, Mingəçevir, Gəncədə 28, Şəmkir, Daşkəsəndə 23, Ağstafa, Ceyrançöldə 22, Quba, Naftalanda 20, Sabirabadda 17, Tovuzda 16, Gədəbəydə 15, Abşeron yarımadasında arabir 17-22 metr/saniyəyədək güclənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.