REGİONLAR


Samux rayonunda orta aylıq əməkhaqqı 527 manat olub

Samux, 9 avqust, Elcan Məmmədov, AZƏRTAC

Əhalinin sosial rifah halına təsir edən amillərdən biri onun muzdla çalışan hissəsinə hesablanmış əməkhaqqı fondunun miqdarıdır.

Samux rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, cari ilin II rübünün sonuna rayonda siyahı tərkibində olan işçilərin sayı 5550 nəfər və hər bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nisbətən 15,2 faiz artaraq 527 manat təşkil edib. Dövlət müəssisələrində siyahı tərkibində olan işçilərin sayı 4035 nəfər, orta aylıq nominal əməkhaqqı 557,6 manat, qeyri-dövlət müəssisələrdə siyahı tərkibində olan işçilərin sayı 1515 nəfər, orta aylıq nominal əməkhaqqı isə 437,7 manat olub.

2022-ci ilin yanvar-iyun aylarında Samux rayonunda 41 yeni iş yeri açılıb. 18 iş yeri mövcud müəssisə və təşkilatlarda, 23 iş yeri isə müəssisə və təşkilatlarda yaradılıb. Qeyd olunan iş yerlərinin hamısı daimi iş yerləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.