REGİONLAR


Samux sakini həmkəndlisini qətlə yetirib

Samux sakini həmkəndlisini qətlə yetirib

Gəncə, 20 fevral, Elcan Məmmədov, AZƏRTAC

Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kənd sakini, 1989-cu il təvəllüdlü Oktay Əliyevin həmkəndlisi, 1993-cü il təvəllüdlü Ramil Bəşirov ilə mübahisə edərək dalaşan zamanı ölməsi barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov AZƏRTAC -ın bölgə müxbirinə bildirib ki, dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı adıçəkilən şəxslərin içkili halda dalaşması, R. Bəşirovun yumruqla O. Əliyevi vuran zamanı ölməsi məlum olub. R. Bəşirov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.