CƏMİYYƏT


Samux və Şabran rayon sakinlərindən sənədləri olmayan ov tüfəngləri aşkarlanıb

Bakı, 15 fevral, AZƏRTAC

Samux və Şabran rayon sakinlərindən sənədləri olmayan ov tüfəngləri aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirib ki, Bağbanlar kənd sakini X.Qəribovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində aşkarlanaraq götürülüb.

Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təzəkənd kənd sakini B.Musayevin yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.