REGİONLAR


Samuxda 3061 hektar sahədə yazlıq bitkilərin əkini aparılıb

Samux, 23 aprel, Rauf Hacıyev, AZƏRTAC

Samuxda bu ilin məhsulu üçün yazlıq bitkilərin əkini davam etdirilir.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aprelin 1-nə kimi bütün təsərrüfat kateqoriyaları daxil olmaqla, 3061 hektar sahədə yazlıq bitkilərin əkini aparılıb. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 418 hektar çoxdur.

Cari ilin məhsulu üçün aparılmış yazlıq bitkilərin əkininin 1861 hektarı ailə kəndli və ev təsərrüfatlarının, 1200 hektarı isə kənd təsərrüfatı müəssisələrinin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.