REGİONLAR
Samuxda 400-dən çox imtiyazlı və aztəminatlı ailəyə bayram sovqatı paylanılıb
Samux, 31 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Qarşıdan gələn bayramlar münasibətilə Samux rayonunda Qarabağ müharibəsi iştirakçıları, şəhid və aztəminatlı ailələrlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə 400-dən çox imtiyazlı və aztəminatlı ailəyə bayram sovqatı paylanılıb.
Əlamətdar bayramlar münasibətilə təbriklərini çatdıran Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi sahəsində əvəzsiz xidmətlərindən danışıb. A.Qocayev milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının əhəmiyyətini vurğulayıb.
Tədbir iştirakçıları adından çıxış edən Xaləddin İsgəndərov göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.