REGİONLAR
Samuxda 4116 hektar sahədə yazlıq bitkilər əkilib
Samux, 14 may, Elcan Məmmədov, AZƏRTAC
Samux rayonunda 2022-ci ilin yanvar-aprel ayları ərzində rayon üzrə 4116,0 hektar sahədə yazlıq bitkilərin əkini aparılıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əkinin 11,4 faizi çoxillik otlar, 3,6 faizi kartof, 13,3 faizi tərəvəz, 45,6 faizi günəbaxan, 10,3 faizi yazlıq arpa, 0,4 faizi yazlıq buğda, 7,8 faizi qarğıdalı, 3,4 faizi bostan, 3,6 faizi soya, 0,5 faizi paxlalılar, 0,1 faizi birillik otlar olub.
Yazlıq bitkilərin əkininin 912 hektarı və yaxud 22,2 faizi qeyri-dövlət kənd təsərrüfatı müəssisələrinin, 3204 hektarı və yaxud 77,8 faizi isə fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının payına düşür.
Birinci rüb ərzində istixanalarda 47,8 hektar sahədə tərəvəz bitkiləri əkilib. Bunun 4,2 hektarını və yaxud 8,7 faizini xiyar, 42,6 hektarını və yaxud 89,1 faizini pomidor, 1,0 hektarını və yaxud 2,2 faizini digər tərəvəz bitkiləri təşkil edib.
Həmin sahələrdən I rüb ərzində 1675,0 ton tərəvəz yığılıb. İstehsal olunan tərəvəzin 1076,3 tonu kənd təsərrüfatı müəssisələrinin, 598,7 tonu isə əhali təsərrüfatlarının payına düşüb. Bu məhsulların 77,5 tonu xiyar, 1592,8 tonu pomidor, 4,7 tonu digər tərəvəz bitkiləri olub. Bundan əlavə, hesabat dövründə istixanalardan 2,2 ton çiyələk yığılıb.