REGİONLAR
Samuxda 4 min hektara yaxın sahədə taxıl biçilib
Samux, 19 iyun, Rauf Hacıyev, AZƏRTAC
Samux rayonunda bu il 10 min 232 hektar sahədə taxıl biçini aparılacaq.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bunun 5 min 960 hektarı buğda, 4 min 272 hektarı isə arpadır.
Biçiləcək sahələrin 5 min 836 hektarı əhali təsərrüfatları, 4 min 396 hektarı isə kənd təsərrüfatı müəssisələri nəzdindədir. İyunun 18-nə olan məlumata əsasən, 3 min 963 hektar sahədə taxıl biçini aparılıb və 14 min 672 ton məhsul əldə edilib. Məhsuldarlıq hər hektardan 37 sentner olub. O cümlədən həmin sahələrdə 1507 ton buğda və 13 min 165 ton arpa istehsal olunub.
Hazırda rayonda taxıl biçini davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]