SİYASƏT


Samuxda “Heydər Əliyev və dövlət idarəçiliyi, gənc kadr hazırlığı” mövzusunda konfrans keçirilib

Bakı, 27 avqust (AZƏRTAC). Samuxda “Heydər Əliyev və dövlət idarəçiliyi, gənc kadr hazırlığı, əldə olunan uğurlar” mövzusunda konfrans keçirilib.

Konfransda Samux Rayon İcra Hakimiyyətinin, YAP Samux rayon təşkilatının, Mədəniyyət və Turizm İdarəsinin, rayon Qarabağ Əlilləri Cəmiyyətinin, Gənclər üçün Təhsil Mərkəzi qərb regional nümayəndəliyinin, digər idarə və təşkilatların təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.

Konfransda çıxış edənlər ümummilli lider Heydər Əliyevin şərəfli həyat yoluna nəzər salıblar. Onlar, eyni zamanda, dövlətimizin gənclər siyasəti və gənc kadrların inkişafından söhbət açıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.