Samuxda fəaliyyət göstərən istixanada bir sıra nöqsanlar aşkar edilib
AzerTAg.az
Bakı, 30 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi bitki mühafizə vasitələri, pestisid və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanılması və satışı ilə bağlı qaydalara əməl edilməsi, baş verə biləcək təhlükələrin qarşısının alınması və digər zəruri tədbirlərin icrası məqsədilə pestisid və aqrokimyəvi maddələrin satış və saxlanma yerlərində mütəmadi yoxlama-nəzarət tədbirləri keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Samux rayonu, Əhmədbəyli kəndində Mirzəyev Səyavuş Suliddin oğluna məxsus istixanada aparılmış yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib.
İstixanada işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, həmçinin saxlanma anbarında istifadə müddəti bitmiş 3 adda pestisid və aqrokimyəvi maddə müəyyən edilib. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.


Xəbərin mətnində orfoqrafik səhv var