REGİONLAR


Samuxda meliorativ tədbirlər davam edir VİDEO

Samux, 16 may, AZƏRTAC

Samux Suvarma Sistemləri İdarəsi rayonun 28266 hektar suvarılan torpaqlarına xidmət edir. Suvarma mövsümündə problemlərin olmaması üçün maşın-mexanizmlər vasitəsi ilə kanallarda və çaylarda lildən təmizləmə işləri, məcra təmizləmə və selə qarşı tədbirlər aparılır. İnşaat briqadası kanallarda suyun maneəsiz ötürülməsi üçün lil və kol-kosun təmizlənməsi, boru xətlərinin təmiri, betonlanma işlərinin aparılması cari və əsaslı təmir işləri həyata keçirir.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, rayonda əkin sahələrinin suvarılması üçün uzunluğu 726,5 kilometr olan təsərrüfatdaxili və təsərrüfatarası kanallar mövcuddur. Torpaqların suvarılması üçün kanallarda bu ilin I rübündə rayon ərazisində olan bütün kəndlərin əkin sahələrinə xidmət edən təsərrüfatarası və təsərrüfatdaxili kanallarda 114 min kubmetr, yəni 162 kilometr lildən təmizləmə işləri aparılıb. Kanallarda və çaylarda 12 min kubmetr sahilbərkitmə və selə qarşı torpaq işləri görülüb.

Qeyd edək ki, təsərrüfatarası və təsərrüfatdaxili kanallarda kol-kosdan təmizləmə işləri aparılıb. Hazırda kanaldan sahələrə suyun verilməsi üçün işçilər tərəfindən növbələr tutulub, daim kanallara nəzarət olunur. Əlavə olaraq, kanallarda əl ilə lildən təmizləmə işləri aparılır. Həmçinin 150 metr uzunluqda borularda təmir işləri görülüb, kanallar tam işlək vəziyyətə salınıb. Rayon ərazisində 10346 hektar taxıl bitkisi, 770 hektar xəsil və 800 hektar təzə yonca səpilib. Görülmüş işlərin nəticəsində suvarma suyunda çətinlik yaranmayıb. İdarənin balansında olan 574 ədəd subartezian quyusunda və 26 ədəd nasos stansiyasında mütəmadi olaraq təmir işləri aparılır və işlək vəziyyətdə saxlanılır.

Birinci rübdə subartezian quyularında 98 ədəd nasos, 7 ədəd elektrik avadanlığı təmir edilib. Nasos stansiyalarında mexaniki və elektrik avadanlıqları, kanallarda 6 ədəd hidrotexniki qurğu, 5 ədəd hidropost təmir olunub. Selin qarşısının alınması üçün cari ildə Gəncə çayında, Qabrı çayında, Qoşqar çayında torpaq işləri görülüb. İdarənin balansında 65,5 kilometr təsərrüfatarası, 658 kilometr təsərrüfatdaxili, 3 kilometr suötürücü kanal və 63 ədəd hidrotexniki qurğu, 39 ədəd körpü-keçid, 61 ədəd suölçən qurğu, 14,5 kilometr drenaj kanal var.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.