REGİONLAR


Samuxda muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 15,1 faiz artıb

Samux, 12 may, AZƏRTAC

Əhalinin sosial rifah halına təsir edən amillərdən biri onun muzdla çalışan hissəsinə hesablanmış əməkhaqqı fondunun miqdarıdır. Cari ilin I rübünün sonuna Samux rayonunda 5583 nəfər muzdla işləyən işçi qeydə alınıb.

Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hər bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nisbətən 15,1 faiz artaraq 523,9 manat təşkil edib.

Dövlət müəssisələrində muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 554,9 manat, qeyri-dövlət müəssisələrdə isə 433,9 manat olub.

Bu ilin I rübündə Samux rayonunda 18 yeni iş yeri açılıb. Bu iş yerlərinin hamısı mövcud müəssisə və təşkilatlarda yaradılıb və daimi iş yerləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.