Samuxda narkotik yetişdirən şəxs saxlanılıb
AzerTAg.az
Bakı, 27 iyul, AZƏRTAC
Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, iyulun 25-də Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarayeri qəsəbə sakini, əvvəllər məhkum olunmuş Yaşar Sadıqovun Quşqara çayının sol sahilində aqrotexniki qaydada qulluq etdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə əraziyə keçirilən baxış zamanı oradan 12 ədəd çətənə kolu aşkarlanıb.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı Y. Sadıqov çətənə kollarını özü şəxsi istifadə məqsədilə becərdiyini bildirib.


Xəbərin mətnində orfoqrafik səhv var